EN

Hüseyn bütün əmlakını itirmək üzərədir 

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun vergi idarəsi ilə qalmaqalı bitmək bilmir. 

Axşam.az xəbər verir ki, rus mediası bununla bağlı daha bir məlumat yayıb. Yazıda qeyd edilib ki, Hüseyn bütün gəlir mənbələrini və əmlakını itirmək üzərədir. 

"Hər şey bu ilin mayında, vergi orqanları onun 40 faiz paya sahib olduğu “Banda Foods” şirkətinin hesablarını blokladıqdan sonra başlayıb. Buna səbəb 153 milyon rubl borc olub. Lakin Həsənov sosial şəbəkələrdə borcunu ödədiyini deyib" deyə, məqalədə yazılıb. 

Bununla belə, “Komsomolskaya pravda” nəşrinin məlumatına görə, şirkətin hesabları hələ də bloklanıb. 

Üstəlik, vergi orqanları “Banda Foods” şirkətini ləğv edir. Hüseynin konsaltinq və informasiya xidmətləri göstərən “Banda” şirkətinin təsisçilərindən ayrıldığı da məlum olub. Vergi orqanları Həsənovdan əmlakı, yəni ilkin dəyəri 7 000 000 rubl olan “Chevrolet Tahoe” avtomobili, ilkin dəyəri 35 000 000 rubl olan “Rolls-Royce” avtomobili və Moskva şəhərində 123,8 kv.m sahəsi olan binalarını geri almaq istəyirlər. Evlərin ilkin dəyəri 70 000 000 rubldur. 


Telegram kanalımız
Chosen
83
27
yenisabah.az

10Sources