EN

ABŞ-Gürcüstan hərbi təlimləri təxirə salınıb

Tbilisi, 6 iyul, AZƏRTAC

ABŞ-Gürcüstan hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Pentaqona istinadla məlumat yayıb.

Bildirilir ki, ABŞ ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb

Qeyd olunur ki, Birləşmiş Ştatlar ABŞ-Gürcüstan münasibətlərinin hərtərəfli nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu məqsədlə də "Soylu Tərəfdaş" təlimlərini qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
225
4
azertag.az

6Sources