Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.
Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.
Burada daha dəqiq oynayan (5:3) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.
Qeyd edək ki, İspaniya - Portuqaliya matçı iyulun 9-u, saat 23:00-da start götürəcək.
***23:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü start götürüb.
Qarşılaşma Hamburqdakı “Folksparkştadion" stadionunda keçirilir.
Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.
BAKU.WS