EN

“Vandal” donuzlar Ukraynada ölmüş işğalçı Rusiya hərbçilərinin məzarlarını oyur...+VİDEO

Rusiya Federasiyasının Novosibirsk vilayətində donuzlar fermadan qaçaraq Ukraynadakı müharibədə həlak olan rus işğalçılarının məzarlarını dağıdırlar. 
 
Moderator.az “UNİAN”-a istiandla xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının süjetində bəhs edilir.
 
Süjetdə deyildiyi kimi , “vandal donuzlar” Karpısak kəndinin sakinlərini qorxudur. Onlar yerli təsərrüfatdan qaçaraq ərazidə dolaşırlar. Heyvanlar xüsusən yerli kilsənin həyətində qəbirləri oymağı vərdiş halına salıblar. Digərləri ilə yanaşı, Ukraynadakı "xüsusi hərbi əməliyyat"  adlanan işğalçı savaş zamanı məhv edilmiş Rusiya hərbçilərinin məzarlarına da ziyan dəyib.
Müxbir iddia edir ki, donuzlar xeyli müddətdir ki, bu cür vandalizmlə məşğul olurlar. Hələ yazda çəkiliş qrupu kəndə gəlib və bu barədə süjet çəkib. Amma "vandal donuzlar”ın sahibi olan fermer problemi həll etməyə tələsmir.
 
"Məncə, kanalınız birtərəfli işləyir, Gedin, istədiyiniz kimi yaşayın", - fermer onun şərhini almağa çalışan müxbirə belə cavab verib.
 
Yerli kənd soveti donuzçuya təsir etmək üçün qanuni vasitələr tapa bilmədiyindən kəndin ətrafında sərbəst gəzən donuzları güllələmək qərara alınıb. Fəqət, onsuz da, fermer iddia edir ki, onun donuzlarının qəbiristanlıqdakı dağıntılarla heç bir əlaqəsi yoxdur...

 

S.Laçın
 
Chosen
12
34
moderator.az

10Sources