EN

Oğul atasını öldürdü - Saatlıdakı DƏHŞƏTLİ qətlin təfərrüatları məlum OLDU

Xəbər verdiyimiz kimi, iyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə a DİN-in Mətbuat Xidmətindən bildirilib.

News24.az Saatlıda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatlarını əldə edib. 

Belə ki, dəhşətli hadisə ata ilə oğul arasında şəxsi münasibətlər zəmnində baş verib. Atasını qətlə yetirməkdə şüphəli bilinən Rabil Ağayevin norkaman olduğu bildirilir. O, atasını təxminən bir həftə öncə evdən qovubmuş və evə gələrsə, öldürəcəyini bildiribmiş.

Hadisənin baş verdiyi gün, yəni bu gün Ramiz Ağayev evə geri dönüb və günorta saatlarında həyatyanı sahələrində iribuynuzlu heyvanlarına su verirmiş. Elə bu zaman oğlu arxadan ona yaxınlaşaraq şüşə parçası ilə atasının boyun nahiyyəsinə ölümcül zərbələr (Başını kəsib) endirib.

Məlumatımıza görə, Rabil Ağayev polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilə gülə-gülə minib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Chosen
74
9
qlobal.net

10Sources