Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə – İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşib.
TEMPİNFO xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında İngiltərə millisi üstün olub – 5:3.
Oyunun əsas vaxtında İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb – 1:1.
Qeyd edək ki, İngiltərə yığması yarımfinalda Niderland – Türkiyə matçının qalibi ilə görüşəcək.