“Sumqayıt” Masaki Murata ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Yaponiyalı futbolçu ilə başa çatan müqavilənin uzadılmamasına qərar verilib.
Qeyd edək ki, Murata 2023/2024-cü illər mövsümündə Azərbaycan Premyer Liqasında 35 oyunda 1 qolla yadda qalıb.