EN

"Sumqayıt" yaponiyalı futbolçu ilə vidalaşdı

“Sumqayıt” Masaki Murata ilə yollarını ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Yaponiyalı futbolçu ilə başa çatan müqavilənin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Murata 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 35 oyunda 1 qolla yadda qalıb.


Müəllif: Teleqraf.com
Chosen
65
5
teleqraf.com

8Sources