EN

Mixail Malkin Dünya kubokunun qalibi olub

Tamblinq üzrə ikiqat dünya çempionu Mixal Malkin Portuqaliyanın Koimbre şəhərində keçirilən Dünya kubokunda qalibi olub.

İdman.biz xəbər verir ki, o, final mərhələsində 31,100 bal qazanaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Malkin yerli idmançı Vasko Peso (30,500 bal) və amerikalı Kaden Braunu (29,800 bal) qabaqlayıb. Azərbaycanın daha bir gimnastı Tofiq Əliyev 29,700 balla yarışı 4-cü pillədə bitirib.

Dünya kuboku ilə yanaşı Koimbredə "Coimbra Gym Fest" turniridə keçirilir. Gənclərin çıxışında azərbaycanlı tamblinqçi Aleksey Karataşev qızıl medal qazanıb.

İdman.biz

Chosen
86
4
idman.biz

5Sources