EN

Ukrayna hərbi çağırışla bağlı problem yaşayır..?

Hücum təşəbbüsü Rusiya ordusunun əlində olduğu üçün Ukrayna Silahlı Qüvvələri yaza qədər davam gətirə bilməz. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,bunu “Donetsk Xalq Respublikası” rəhbərinin müşaviri Yan Qaqin RİA Novosti ilə söhbətində Ukraynanın şanslarını dəyərləndirib.

...Ağ Evdən Rusiyanın qarşıdakı aylarda və həftələrdə cəbhədə bir sıra taktiki qələbələr qazanacağı və yaza qədər təşəbbüsünü gücləndirəcəyi ilə bağlı fərziyyələr getdikcə daha çox eşidilir. Bu əslində doğrudur. Düzdür, qələbələr, fikrimcə, taktiki sahədən strateji xarakterə keçəcək.

Qeyd edək ki, Qaqin bunu Ukraynada hərbi çağırış resursubdakı böhranla əlaqələndirib.

Bundan əlavə, Qaqinə görə, Qərb silahlarının tədarükü getdikcə azalır. Bu arada o, hücum təşəbbüsünün Rusiya Silahlı Qüvvələrinin əlində olduğuna diqqət çəkib.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Almaniyanın “Zeit” qəzetinin jurnalistləri,NATO ölkələrinin Ukraynanı hərbi texnika ilə təchiz etməkdə qətiyyətsizliyi artıq Rusiyaya vaxt udmağa imkan verdiyini yazmışdılar.

Müşahidəçilərin fikrincə, ABŞ və Avropada gec-tez daxili problemlər və böhranlar Kiyevə dəstəyin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olacaq.

Ağasəf Babayev

Chosen
678
50
sia.az

10Sources