EN

Sərbəst güləş millimiz Avropa çempionu oldu

Image

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub. Sərbəst güləş üzrə millimiz qitə birinciliyində uğurlu çıxış edib. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb.

Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.

Mətləb Salahov





Chosen
103
25
baki-xeber.com

10Sources