Sünnət olunmaq üçün özəl klinikaya aparılan uşaq qəfil vəfat edib.
Faktmedia Lent.az-a istindən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.
Bildirilib ki, Abşeron sakini 4 aylıq Məhəmməd Əliyev klinikaya sünnət olunmaq üçün gətirilibmiş.
Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.