EN

16 yaşlı oğlan əmisinin yasında EVLİ KİŞİ İLƏ qaçan anasını öldürdü - FOTO

Samsunda anası Mələk Baştürkü (44 yaş), tapançadan 5 dəfə atəş açaraq öldürən V.S.K. (16 yaş) təsirkar məhkəmədə ifadə verib.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, 1996-cı ildə başqasıyla rəsmi nikahda olan Kənan K., Mələk Baştürkü qaçırıp dini nikah bağlayıb. 

Cütlük 2021-ci ildə isə yola getmədikləri üçün ayrılıblar. Bir müddət sonra isə Baştürk, tanış olduğu N.T. ile dini nikaha daxil olub. Mələk Baştürk, N.T.-nin yanına köçmək istəyib. Bunu öyrənən Kənan K. ilə Mələk mübahisə edib. Melek Baştürk, ötən il şiddətə məruz qaldığı iddiası ilə polisə gedərək, uzaqlaşdırma tələbi istəyib.

27 iyulda Mələk Baştürk, qızı Ö.A. (21) ilə birgə Kənan K.-nin həyatını itirən ögey qardaşı Celal K.-nin yas mərasiminə gedib. Mələk dini nikahda olduğu N.T.-yə, "Yenə bir plan var, baxaq görək. Kənan K. yüz dəfə zəng etdi, bu adam mənə qarşı bir hiylə quracaq" mesajını yazıb. N.T. isə qızı Ö.A.-nın yanından ayrılmaması üçün tapşırıq verib.

Baştürk ilə Kənan K.-nin uşaqları V.S.K., avtomobilldə anasının olduğu mərasim evinə gəliblər. V.S.K., mübahisə etdiyi anasını mərasim evinin mətbəxində tapança ilə atəş açaraq öldürüb. V.S.K. cinayəti törətdikdən sonra polis idarəsinə gedərək könüllü təslim olub.

Onun barəsində həbs qətiimkan tədbiri seçilib. 

Chosen
55
1
qlobal.net

2Sources