EN

Azərbaycanlı boksçu Macarıstandan qələbə ilə qayıtdı

Azərbaycanlı boksçu Seyidağa Nağıyev Macarıstanda keçirilən \"Hell Boxing Kings” yarışmasından qələbə ilə dönüb. 

AZXEBER.COM xəbər verir ki, yarışda Macarıstan, Slovakiya, Çexiya, Xorvatiya, Serbiya, Bosniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Azərbaycanın döyüşçüləri yarışıb.
 
Nağıyev Seyidağa 67 kq döyüş çəki dərəcəsində 2 döyüşdə 2 qələbə ilə 1\\8 finala vəsiqə qazanıb. 

O, Tornay Karolu (Slovakiya) 3:0, Naqi Vilsonu (Macarıstan) 2:1 hesab ilə məğlub edib.
 

 

 

 

 


Chosen
105
3
azxeber.com

4Sources