Lerikdə paytaxt sakinindən “Kalaşnikov” avtomatı aşkarlanıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb.Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb.Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.