EN

NATO beş ildə 650 ədəd F-35 qırıcısı istehsal etməyi planlaşdırır

Bakı. Trend:

NATO ölkələri qarşıdakı beş il ərzində hərbi arsenallarına 650ədəd F-35 qırıcısı, azı 50 gəmi və sualtı qayıq əlavə etməyiplanlaşdırır.

Trend “The New York Times” nəşrinə istinadla xəbər verir ki,bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri CeykSallivan deyib.

“Növbəti beş ildə NATO müttəfiqlərimiz hərbi arsenallarınımodernləşdirmək üçün 650-dən çox beşinci nəsil F-35 qırıcıları,1000-dən çox hava hücumundan müdafiə sistemi, 50-yə yaxın döyüşgəmisi və sualtı qayıq, 1,2 min tank, 11,3 min döyüş maşını və 2minə yaxın artilleriya sistemi istehsal edəcək”, - deyə Sallivanqeyd edib.

Onun sözlərinə görə, Hind-Sakit okean regionundakı yaxıntərəfdaşlar da hərbi xərclərini artırırlar. Yaponiya 2027-ci ilədəkmilli təhlükəsizliyin maliyyələşdirilməsini iki dəfə artırmağı,Cənubi Koreya isə yaxın beş ildə müdafiəyə 260 milyard dollaryönəltməyi, yəni müdafiə xərclərini ildə orta hesabla 6,8 faizartırmağı planlaşdırır. Sallivan əlavə edib ki, Avstraliya 2025-ciildə hərbi ehtiyaclara 37 milyard dollar xərcləyəcək.

Chosen
59
4
az.trend.az

6Sources