EN

Rusiyanın Ukraynada qələbəsi NATO üçün əsas riskdir

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansı ölkələrini Rusiyanın təcavüzündən müdafiə etdiyi Ukraynanı daha fəal dəstəkləməyə çağırıb.

Herbiand.az “Alaman Dalğası”ına istinadən xəbər verir ki, iyulun 9-da Vaşinqtonda NATO sammitinin açılışında çıxış edən baş katib “bu müharibənin nəticəsi qlobal təhlükəsizlik sistemini onilliklər üçün müəyyən edəcək" deyə bildirib.

Stoltenberqin fikrincə, “aqressiv Rusiya ilə qonşu kimi” “itkisiz və risksiz” variant yoxdur. “Ən böyük xərc və ən böyük risk Rusiyanın Ukraynada qələbəsi olacaq”, - deyə baş katib bildirib. O qeyd edib ki, Rusiyanın müharibədə qələbəsi prezident Vladimir Putini, eləcə də İran, Şimali Koreya və Çindəki digər avtoritar liderləri cəsarətləndirəcək. “Azadlığı və demokratiyanı müdafiə etməyin vaxtı çatıb”, – Stoltenberq vurğulayıb.

Eyni zamanda o, yeni ölkələrin, məsələn, Ukraynanın NATO-ya qəbulunun davam etdirilməsinin tərəfdarı olub. Baş katibin sözlərinə görə, soyuq müharibə başa çatdıqdan sonra alyansın genişlənməsi Avropanı birləşdirdi, inteqrasiyaya yol açdı və qitəyə sülh və firavanlıq gətirdi. O zaman olduğu kimi, bu gün də “aydınlıq və qətiyyət” göstərmək lazımdır”, - o vurğulayıb.

Chosen
14
herbiand.az

1Sources