Bakı, 10 iyul, AZƏRTAC
“Sabah” komandası yarımmüdafiəçi Veysəl Rzayevlə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, futbolçu “Turan Tovuz”a transfer edilib.
Xatırladaq ki, Veysəl Rzayev ötən mövsüm icarə əsasında “Turan Tovuz”da çıxış edib.