EN

İntiharlara görə hökumət hərəkətə keçdi – Nazirlikdən YENİ PROQRAM

Cənubi Koreyada iş yerlərində və dövlət müəssisələrində intiharın qarşısının alınması üzrə təlimlər keçiriləcək.

KONKRET.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi artan intihar halları ilə mübarizə səyləri çərçivəsində məktəblərdə, iş yerlərində, dövlət müəssisələrində və xəstəxanalarda intiharın qarşısının alınması üzrə keçirilən təlimlər məcburi olacaq.

Nazirliyin gücləndirilmiş rejimi intiharla bağlı maarifləndirmə prosesini ən yuüksək səviyyəyə çatdıracaq. Bunun üçün müvafiq qanunlara düzəlişlər ediləcək.

Cümə günündən etibarən məktəblərdə, iş yerlərində, dövlət qurumlarında və xəstəxanalarda intihar hallarına qarşı ildə bir dəfə dərslər baş tutacaq. Təlim və dərslər onlayn və ya üz-üzə qruplar vasitəsilə həyata keçirilə bilər.

Nazirliyin Psixi Sağlamlıq Siyasətinin Baş direktoru Li Hyung-hoon proqramın sağlam cəmiyyət yaradacağına ümid etdiyini bildirib:

“İntihar riski altında olan insanlara kömək etmək və risk altında olanlara təcili yardım etmək məqsədilə bu proqram keyfiyyətli şəkildə həyata keçiriləcək”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Chosen
109
1
konkret.az

2Sources