İranın yeni seçilmiş prezidenti Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.
interpress.az xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.
İyulun 6-da İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda Pezeşkian 53,6 faiz səslə prezident seçilib.
Məsud Pezeşkian Azərbaycan əsilli İranın islahatçı siyasətçisi, keçmiş səhiyyə naziri və İslam Respublikası parlamentinin deputatıdır.
O, 2013-cü ildə (namizədliyini geri götürüb) və 2021-ci ildə (diskvalifikasiya edilib) İran prezident seçkilərində iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az