EN

Xamenei Təbrizə imam cüməsi təyin etdi

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei höccətülislam Şeyx Əhməd Mütahari Əsli Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi təyin edib.

Vətəninfo.az “Mehr” agentliyinə istinadən  xəbər verir ki, Əli Xamenei iyulun 10-da bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, ondan əvvəl bu vəzifəni Seyid Məhəmməd Əli Haşimi tutub. O, bu il mayın 19-da İranın sabiq Prezidenti İbrahim Rəisi və başqa dövlət məmurları ilə birlikdə helikopter qəzasında həlak olub.

Chosen
40
9
veteninfo.az

10Sources