EN

Ərdoğanla Bəşər Əsəd Bağdadda görüşəcək

İraq, Türkiyə və Suriyanın xarici işlər nazirlikləri Bağdadda Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşü təşkil etmək üçün danışıqlar aparır.
 
Moderator.az xəbər verir ki, bu barədə “Al Akhbar” İraq Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
 
Qeyd olunub ki, təşkilati məsələlər uzun çəkə bilər və danışıqlar üçün təxmini tarix söyləmək mümkün deyil.
 
Əlavə olunub ki, görüşdən əvvəl mübahisəli məsələlərin razılaşdırılması üçün üç ölkənin nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər.
 
Chosen
56
19
moderator.az

10Sources