EN

Türkiyə və Suriya liderlərinin Bağdadda görüşü olacaq

İraq, Türkiyə və Suriyanın xarici işlər nazirlikləri Bağdadda Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş təşkil etmək məqsədilə uyğun ab-hava yaratmaq üçün danışıqlar aparır.Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.Bildirilib ki, təşkilati məsələlər uzun çəkə bilər və danışıqlar üçün təxmini tarix söyləmək mümkün deyil. Lakin bu o anlama gəlmir ki, iki ölkənin liderlərinin görüşü ilə bağlı hər hansı bir maneə var.Qeyd olunub ki, Türkiyə və Suriya liderləri arasında keçiriləcək görüşdən əvvəl gündəm və ən mübahisəli məsələlərin razılaşdırılması üçün üç ölkənin nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər.Zərintac MayisqızıMissiya.Az

Chosen
59
19
missiya.az

10Sources