Almaniyada təşkil olunan Futbol üzrə Avropa Çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü sona çatıb. Dortmundda yerləşən “Siqnal İduna Park"da İngiltərə millisi Niderland üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
Oyunda 7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn "status kvo"nu bərpa edib. 90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingiltərəlilərin qalibiyyət qoluna imza atıb.
Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici matçda İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da start götürəcək.