"Elə əsl adım Çelsidir. Atam futbol həvəskarı oluğuna görə adımı belə qoyub. Oğlan və yaxud qız olmasından asılı olmayaraq, övladına Çelsi adını vermək arzusu olub". Bunu Gundem.az-a müsahibəsində model Çelsi Baxşıyeva bildirib.
Onunla olan müsahibəni təqdim edirik:
- Necə oldu ki, səhifənizdə açıq şəkillər paylaşmağa başladınız?
- Öncə belə paylaşımlar etmirdim. Sonradan daha çox açıq şəkillər paylaşmağa başladım. İnsanları, daha çox kişiləri qıcıqlandırmaqdan zövq qalıram. Kişilərin mənə baxıb əldə edə bilməmələri zövq verir.
- Sevgiliniz varmı?
- Xeyr, yoxdur. Amma hər kəs olduğunu düşünür.
- Bəs həyatınızda necə birini olmasını istəyirsiniz?
- Pula və görünüşə o qədər önəm vermirəm. Mənim üçün əsas xarakterdir.
- Məqsədiniz nədir?
- Məqsədsiz insanam. Anı yaşamağı xoşlayıram. Olduqca məsuliyyətsiz və tənbələm.
- Səhifənizdə iki insanı izləyirsiniz. Biri Beyons, biri də Gökhan Özendir. Xüsusi səbəbi və yaxud dostluğunuz varmı?
- İki dəfə konsertinə getmişəm. Orada dostluğumuz yaranıb. Direktdə mesajlarıma cavab yazır və mənə komplimentlər edir.
Asya