EN

Yeni UEFA reytinqi: Slovakiya Azərbaycanı keçib

Ölkələrin yeni UEFA reytinqi açıqlanıb. Yeni mövsümün ikinci oyun günündən sonrakı siyahıda bəzi dəyişikliklər olub.

Buna I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Çempionlar Liqasının 8, Konfrans Liqasının 2 matçı səbəb olub.

Bu, Azərbaycanın mövqeyinə təsir edib. Slovakiya ölkəmizi keçib. Azərbaycan 26-cı pilləyə düşüb. Ölkəmizin 16,750 xalı var. Farer adaları Finlandiyanı, Latviya Bosniya və Herseqovinanı arxada qoyub.

Qeyd edək ki, cədvələ aktivində 89,160 xalı olan İngiltərə başçılıq edir.

Chosen
69
2
cbcsport.az

3Sources