EN

Avropa çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün Macarıstanı qəbul edəcək

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.



Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının 1-ci qrupunun 5-ci turunda “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə üz-üzə gələcək.



Qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu xorvatiyalı referi Yelena Pejkoviç idarə edəcək.



Azərbaycan millisi 4 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Eyni xala malik Macarıstan yığması üçüncü pillədə qərarlaşıb.



Millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAzərbaycan Macarıstan

Chosen
41
6
komanda.az

4Sources