EN

Kişi sağlamlığı üçün ideal meyvə -  Albalının faydaları

Kişi Kişi sağlamlığı üçün ideal meyvə -

Albalı zəngin bioloji tərkibə malikdir. Albalının tərkibində C və K kimi bir çox vitamin, B vitaminləri (B1, B2, B3, B5, B6 vitaminləri), həmçinin kalium, kalsium, dəmir, maqnezium, fosfor və manqan kimi minerallar var.

E-saglam.az xəbər verir ki, albalı həmçinin antioksidantları (antosiyaninlər, karotenoidlər və flavonoidlər) ehtiva edir ki, onlar hüceyrələri sərbəst radikalların təsirindən, yəni vaxtından əvvəl qocalmadan qoruyur, müxtəlif xəstəliklərin inkişaf riskini və qanda “pis” xolesterinin səviyyəsini azaldır.

Gilasın tərkibində olan çoxlu sayda minerallar prostat vəzinin vəziyyətinə müsbət təsir göstərir, kişilərin sağlamlığı üçün faydalıdır.

Meyvələrdə yüksək miqdarda sink kişi hormonlarının sintezini stimullaşdırır və toxum mayesinin keyfiyyətini yaxşılaşdırır.

Tərkibində təbii şəkərin yüksək olması səbəbindən albalı bədəni əlavə enerji ilə doldurur və canlılıq səviyyəsini artırır.

Albalı suyu içmək sidik turşusu səviyyəsini azalda bilər, bu da gut və artritli xəstələrdə hücumların sayını azaltmaq deməkdir.

Albalı suyu da məşqdən sonra əzələ ağrılarını azaltmağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
161
29
e-saglam.az

10Sources