EN

Paris-2024: Olimpiadaya rekord sayda bilet satılıb

Parisdə təşkil edən Yay Olimpiya Oyunlarına idmansevərlər tərəfindən rekord sayda bilet əldə edilib. Bu barədə yarışın təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.

Estanq Fransanın paytaxtında baş tutacaq Olimpiya Oyunlarına 8,6 milyon bilet, Paralimpiya Oyunlarına isə 1 milyondan çox bilet satıldığını və bunun rekord göstərici olduğunu söyləyib. O, bundan əvvəlki rekordun (8,3 milyon bilet) ABŞ-nin Atalanta şəhərində keçirilən olimpiadaya məxsus olduğunu vurğulayıb.

Əlavə edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Chosen
95
15
cbcsport.az

10Sources