EN

Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır - Ərdoğan

Zəngəzur dəhlizinin açılışı Azərbaycan və Ermənistan arasında sülh sazişini tamamlayacaq yekun addımdır.Medıaxeberlerı.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.“Niyə bu sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl biz Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır.Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, – deyə, o qeyd edib.

Chosen
220
28
mediaxeberleri.az

10Sources