EN

Yanvar-sentyabr aylarında 70-ə yaxın KOB subyekti satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən faydalanıb

Bakı. Trend:

KOB subyektləri satış imkanlarının genişləndirilməsinə dəstəküçün KOBİA-nın təmin etdiyi sərgilərə və ticarət şəbəkələrinəçıxışa dəstək alətlərindən yararlana bilərlər.

2023-cü ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesinİnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satışimkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən70-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyektiyararlanıb.

Sərgilərdə iştiraka dəstək mexanizmindən istifadə etmək üçün budövrdə Agentliyə KOB subyektlərindən 168 müraciət daxil olub.Onlardan müvafiq tələblərə cavab verən 60 KOB subyektininAzərbaycanda və xarici ölkələrdə keçirilən 6 sərgidə (5-i ölkədə,1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Ölkəmizdə vəxaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilənixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul vəxidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyənKOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektronqaydada KOBİA-ya müraciət edə bilərlər: https://bit.ly/3KA0f1N

Cari ilin yanvar-sentyabr aylarında ticarət şəbəkələrinə çıxışadövlət dəstəyi mexanizmindən faydalanmaq üçün Agentliyə daxil olanmüraciətlər əsasında müvafiq qaydalara uyğun olan 8 KOB subyektinədəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstəkmexanizmi üzrə satış yerlərinin sayı 5-ə çatdırılıb. Mikro və kiçiksahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının iriticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-yamüraciət edə bilərlər: https://bit.ly/3OOjF5F

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Chosen
437
50
az.trend.az

10Sources