EN

Keçmiş sevgilisi ilə tutuldu – 7 illik evliliyi bitirən həmin FOTO

Çində ailəsini dolandırmaq üçün başqa ölkəyə üz tutan kişi işsiz qaldıqdan sonra vətəninə qayıdanda gördüklərindən dəhşətə gəlib.

KONKRET.az Titul.az-a istinadla xəbər verir ki, həmin şəxsin həyat yoldaşının onun yoxluğunu fürsət bilərək arxasınca çıxartdığı “oyunların” 1 il sonra üstü açılıb.

İsminin Phoo olduğu deyilən bu kişi həyat yoldaşı ilə ortaq dostları vasitəsiylə tanış olub.

Onlar ailə qurduqdan sonra Phoo 2023-cü ilin ün əvvəllərində Covid pandemiyasının iqtisadi təsirindən dolayı işsiz qaldı. Bu səbəbdən işləyib ailəsinin ehtiyaclarını qarşılamaq üçün başqa bir ölkəyə gedib. 1 il sonra Phoo artıq həyat yoldaşının yanına dönmək qərarı verib.

Evə döndükdən sonra 1 illik həsrətə görə həyat yoldaşının onunla daha çox vaxt keçirəcəyini gözləyən ər, tamamilə fərqli mənzərə ilə qarşı-qarşıya qalıb. Phoo arvadının əksinə olaraq ondan soyuduğunu və uzaqlaşdığını müşahidə edib.

Hər gün eve gec gələn arvadından şübhələnməyən Phoo, qadının işinin çoxluğunu düşündü və iqtisadi vəziyyətlərindən dolayı bu məsələnin çox da üstünə getmədi.

Bir gün ər arvadı Tonqun işdən gəlmədiyini görüncə narahat olmağa başlayıb. Phoo həmin gecə çıxaraq küçə-küçə gəzərək arvadını axtarmağa başlayıb.

Elə bu zaman zavallı ər arvadını küçə lampasının altında arvadını başqa bir kişi ilə sevişərkən görüb.

Phoo öyrəndi ki, arvadının görüşdüyü o kişi həyat yoldaşının məktəbdə sinif yoldaşı olub. O da məlum olub ki, ər ailəsini dolandırmaq üçün başqa şəhərdə gedib işlədiyi 1 il ərzində arvadı onunla tez-tez görüşürmüş.

Xəyanətə məruz qaldığını başa düşən Phoo Tonqdan ayrılıb. 

Chosen
44
2
konkret.az

3Sources