EN

"Kocaelispor"dan Şeydayevə VİDA

"Kocaelispor" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə vidalaşıb.

İdman.biz xəbər verir ki, Türkiyə klubu sosial şəbəkədə bununla bağlı paylaşım edib.

Paylaşımda tərəflərin müqaviləyə qarşılıqlı şəkildə xitam verildiyi bildirilib. Şeydayevə gələcək karyerasında uğurlar arzulanıb.

Bu ilin fevralında "Kocaelispor"a keçən Ramil 16 oyunda meydana çıxıb. O, cəmi 1 qol vura bilib.

Qeyd edək ki, Şeydayevin "Neftçi"yə keçməsi gözlənilir.

İdman.biz

Chosen
87
5
idman.biz

6Sources