EN

Rafael Varan İtaliya klubu ilə anlaşıb

Fransa millisinin üzvü Rafael Varan İtaliya A Seriyası təmsilçisi "Komo" ilə razılığa gəlib.

31 yaşlı müdafiəçi Sesk Fabreqasın baş məşqçisi olduğu klubun təklifini qəbul edib və müqavilə yaxın vaxtlarda rəsmiləşəcək.

2021-ci ildən İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən dünya çempionunun müqavilə müddəti yayda başa çatıb və o, hazırda azad agentdir.

Qeyd edək ki, ötən mövsüm "Komo" B seriyasında 2-ci yeri tutub və İtaliyanın əsas liqasında mübarizə aparmaq hüququ qazanıb.

Mənbə: report.az

Aqreqator
Chosen
63
10
report.az

10Sources