"Köhlən atlar"ın çərçivə qoruyucusu Amin Ramazanov zədələnib. O, məşq prosesində xəsarət alıb.
Müayinə zamanı Ramazanovun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.
Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.