EN

Coğrafiya müəlliminin 14 yaşlı şagirdinə yazdığı ŞOK MESAJLAR üzə çıxdı... - FOTO

Konyada M.K. (55 yaşlı) adlı coğrafiya müəllimi 14 yaşlı şagirdi B.D-ya qarşı cinsi təcavüzdə ittiham edilir.

9-cu sinif şagirdi olan B.D 18 aprel tarixində ailəsinə müəllimi M.K.-nin yanvar ayından etibarən ona qarşı "WhatsApp" və sosial şəbəkə hesabları üzərindən mesajlar göndərdiyi, xüsusilə son bir ayda yazdığı mesajların intim xarakter aldığı, əvvəl bir dəfə onu evə maşını ilə aparıb düşürərkən öpməyə çalışdığını və sonuncu dəfə məktəbdə pilləkənlərdə əllə təmas etdiyini açıq şəkildə bildirib.

Şagirdin valideyinləri məhkəməyə müraciət edib, şübhəli isə ittihamları qəbul etməyib. Lakin müəllim barəsində həbs qətiimkan tədbiri seçilib. M.K. haqqında 21 il həbs cəzası istənilib.

Müəllim məhkəmədə ifadəsi zamanı 33 ildir müəllim işlədiyini, B.D-nin şagirdi olduğunu bildirib:

"Mən oyuna gəldim. Məktəbdə və maşında ona toxunmamışam. Sosial şəbəkədə yazdığım mesajları qəbul edirəm".

Məhkəmə təxirə salınıb./Titul.az 

Chosen
982
6
musavat.com

7Sources