Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının final oyununda üz-üzə gələcək İspaniya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.
Turkustan.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
İspaniya: Unay Simon, Dani Karvahal, Robin Le Norman, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olma, İnaki Vilyams, Alvaro Morata.
Baş məşqçi: Luis de la Fuenta
İngiltərə: Cordan Pikford, Kayl Uoker, Con Stounz, Mark Geyi, Lük Şou, Deklan Rays, Kobbi Meyno, Bukayo Saka, Fil Foden, Cud Bellingem, Harri Keyn
Baş məşqçi: Qaret Sautgeyt
Qeyd edək ki, Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.
***
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
İlk hissə qolsuz heç-heçə ilə yekunlaşıb.
***
İspaniya milli komandası ikinci hissə başlayan kimi - 47-ci dəqiqədə hesabı açıb: 1 - 0
***
72-ci dəqiqədə İngiltərə komandası hesabı bərabərləşdirib: 1 - 1
***
86-cı dəqiqədə İspaniya yenidən hesabda irəli çıxıb: 2 - 1
***
Beləliklə, İspaniya rəqibi İngiltərəyə 2 - 1 hesabı ilə qalib gələrək Avro-2024-ün çempionu adını qazanıb.