EN

"Uimbldon": Karlos Alkaras ardıcıl ikinci il zəfər yaşadı

Karlos Alkaras ardıcıl ikinci dəfə "Masters" seriyalı “Uimbldon” turnirində bütün rəqiblərindən güclü olub.

İspaniyalı raketka ustası finalında serbiyalı Novak Cokoviçə üç setdə qalib gəlib. 2 saat 30 dəqiqə davam edən görüş 6:2, 6:2, 7:6 (7:4) hesabı ilə başa çatıb.

Qeyd edək ki, 21 yaşlı Alkaraz karyerasında dördüncü “Böyük Dəbilqə”nin qalibi olub. 37 yaşlı Cokoviç isə 24 dəfə “Böyük Dəbilqə” turnirlərini təkli yarışda qalib tamamlamaqla rekordçu olaraq qalır.

Chosen
27
cbcsport.az

1Sources