EN

ISW: “Ukrayna Silahlı Qüvvələri Xersonda Rusiya müdafiəsini yarmağa cəhd edib”

“Ukrayna hərbçiləri Xerson vilayətinin sol sahilində mövqelərini saxlayır və hücum əməliyyatını davam etdirirlər”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Krınki və Antonovski dəmir yolu yaxınlığında mövqe tutublar.
Rusiyalı bloqçuların sözlərinə görə, Krinki və Antonovski dəmir yolu körpüsü ərazisində döyüşlər davam edir.
Oktyabrın 31-də ruslar Xerson vilayətinin sağ sahilindəki hədəflərə bombalarla hava zərbələrini davam etdiriblər. Ukraynanın Cənub Əməliyyat Komandanlığının məlumatına görə, Rusiya hərbçiləri son 24 saat ərzində Xerson və Berislav vilayətlərindəki hədəflərə 45 bomba atıblar.

//Safura Bənnayeva, Editor.az

Chosen
586
5
editor.az

10Sources