EN

Aşura günü toy etdilər, 21 nəfər xəstəxanaya düşdü - YENİLƏNİB

"Şamaxıda baş verən kütləvi zəhərlənmə hadisəsinin araşdırılması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb".

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

İlkin ehtimallara əsasən, hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda vurğulanır.

***

09:12

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

    İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

    Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.

    (oxu.az)

    Chosen
    48
    16
    avtosfer.az

    10Sources