EN

20 yaşlı futbolçu vəfat etdi

Ekvadorun "Barselona" klubunun qapıçısı Quayakil Castin Kornexo duş kabinasında dünyasını dəyişib.

Ednews xəbər verir ki, 20 yaşlı futbolçu evində duş almaq istəyərkən yıxılıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qolkiperin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Quayakil Castin Kornexo "Barselona" klubunun yetirməsidir O, Ekvadorun gənclər yığmasının heyətində 1 oyun keçirib.

Chosen
53
10
ednews.net

10Sources