2024/2025 mövsümünə hazırlığı davam etdirən “Səbail” Türkiyə toplanışında bu gün sonuncu yoxlama oyununu keçirib.
"Far.Az" xəbər verir ki, "dənizçilər" Türkiyə I Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.
Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Paytaxt klubunun heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.
Qeyd edək ki, “Səbail” sabah vətənə yola düşəcək.