2024/2025-ci illər mövsümünə hazırlığı davam etdirən “Səbail” Türkiyə toplanışında sonuncu yoxlama qarşılaşmasını keçirib.
"Dənizçilər" Türkiyə I Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Şahin Diniyevin komandasının heyətində Süleyman Alluş və Nihad Quliyev fərqləniblər.
Qeyd edək ki, “Səbail” bu gün ölkəyə qayıdacaq.