EN

Millimizin mövqeyi dəyişmədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi millinin mövqeyində heç bir dəyişiklik olmayıb.

Yığma 1179.88 xalla 111-ci pillədə qalıb.

Reytinq cədvəlinə son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci, son Avropa çempionu İspaniya isə (1729,92) üçüncüdür. Almaniyada təşkil olunmuş Avropa çempionatının finalında İspaniyaya məğlub olan İngiltərə yığması isə 1812,26 xalla 4-cü sıraya yüksəlib.

Chosen
65
11
rekord.az

10Sources