EN

FIFA reytinqi: Millimiz eyni mövqedə qalıb

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib.

Seçməmiz 1179.88 xalla 111-ci pillədə qalıb.

Reytinq cədvəlinə son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci, son Avropa çempionu İspaniya isə (1729,92) üçüncüdür. Almaniyada təşkil olunmuş Avropa çempionatının finalında İspaniyaya məğlub olan İngiltərə yığması 1812,26 xalla 4-cü sıraya yüksəlib.

Chosen
69
9
cbcsport.az

10Sources