EN

Cüdoçularımızın Yay Olimpiya Oyunlarındakı proqramı açıqlanıb

Azərbaycan Cüdo Federasiyası Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın çıxış proqramını açıqlayıb.

Parisdə əvvəlcə Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) tatami üzərinə çıxacaq.

Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edəcək.

27 iyul

Balabəy Ağayev (60 kq)

Leyla Əliyeva (48 kq)

28 iyul

Yaşar Nəcəfov (66 kq)

Gültac Məmmədəliyeva (52 kq)

29 iyul

Hidayət Heydərov (73 kq)

30 iyul

Zelim Tçkayev (81 kq)

31 iyul

Elcan Hacıyev (90 kq)

1 avqust

Zelim Kotsoyev (100 kq)

2 avqust

Uşanqi Kokauri (+100 kq)

Qeyd edək ki, ilkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final qarşılaşmaları isə 16:00-da start götürəcək. Olimpiadada 122 ölkədən 378 cüdoçu iştirak edəcək.

Chosen
97
10
cbcsport.az

10Sources