EN

Naftalan ŞİH yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib

25 iyun 2024-cü il tarixində keçirilən seçkilərdən sonra Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət və qayğısından söz açılıb, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışılıb.

“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsini, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən Naftalan ŞİH yanında İctimai Şuranın səmərəli fəaliyyəti üçün hər cür dəstək göstərildiyi qeyd edilib .

İclasda təşkilati məsələlər müzakirə edilib, səsvermə keçirilib. İctimai şuraya sədr Möhübbət Bədəlov, sədr müavini Ulduzə Aslanova, katib isə Rahib Nağıyev seçilib.

İclasda müxtəlif məsələlər müzakirə edilib, üzvlər tərəfindən İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədilə ictimaiyyət ilə əlaqələrin daha sıx qurulması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Chosen
234
1
ictimaishura.az

2Sources