EN

"Sabah"ın səfər oyunu belçikalı hakimlərə tapşırıldı

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Sportnet.az xəbər verir ki, Macarıstandakı “Varkert” stadionunda baş tutacaq görüşü belçikalı hakimlər briqadası idarə edəcək.

Referi Natan Verbumenə yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək ilk matç Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.


Chosen
73
13
sportnet.az

10Sources