EN

UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" matçının hakimləri açıqlanıb

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyinatı açıqlanıb.

Macarıstandakı “Varkert” stadionunda baş tutacaq görüşü belçikalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Natan Verbumenə yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək "Makkabi" - "Sabah" matçının start fiti saat 19:00-da səslənəcək.

Chosen
93
13
cbcsport.az

10Sources