EN

Dünyanın ən güclü futbol məşqçilərinin yeni reytinqi açıqlanıb

Siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb. Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1673 xala malikdir. O, dünyada 133-cüdür. 2 xal itirən mütəxəssis 2 pillə geriləyib.

“Turan Tovuz”un rusiyalı baş məşqçisi Qurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.

Əlavə edək ki, “Mançester Siti”nin 2240 xala malik çalışdırıcısı Pep Qvardiola siyahıda birincidir.

Chosen
141
33
cbcsport.az

10Sources